Türkiyə Suriyada həyata keçirdiyi hərbi əməliyyatların nə vaxt bitəcəyini açıqlayıb.
Paytaxtın Jurnalistlər Evində keçirilən "Rusiya-Türkiyə münasibətləri: gərginlik dövründən əməkdaşlığın möhkəmləndirilməsinə qədər” adlı konfransda çıxış edən Türkiyə prezidentinin müşaviri İlnur Çevik bildirib ki, Suriyanın Menbiç şəhərinin kürd qüvvələrindən təmizlənməsindən sonra türk ordusunun Suriyada əməliyyatı başa çatacaq: "Menbiç ərazisinin 85 faizi PKK-nın nəzarətindədir. Türkiyə ərəb əhalisini öz yerlərinə qaytarmaq və oranı terrorçulardan təmizləmək üçün hər şeyi edəcək. Menbiç alınan kimi, Türkiyə Suriyadakı hərbi əməliyyatlarını dayandıracaq”.
İ. Çevik Türkiyə ordusunun Suriyanın 90 kilometr dərinliyinə qədər hərəkət etdiyini söyləyib./APA/
MediaFax