31.08.2016
21:33
Türkiyə DİN rəhbəri Əfqan Ala istefa verib.
"Milliyet”in verdiyi xəbərə görə, bunu Türkiyə baş naziri Binali Yıldırım bəyan edib.
Onun sözlərinə görə, daxili işlər naziri vəzifəsinə Əmək və Sosial müdafiə naziri Süleyman Soylu təyin olunub. Süleyman Soylunun yerinə isə onun müavini Mehmet Müezzinoğlu təyin edilib.
İstefanın səbəbləri açıqlanmır.
-----------------
01.09.2016
12:24
Türkiyənin daxili işlər naziri Əfqan Alanın istefaya getməsinin səbəbi prezident Rəcəb Tayyib Ərdoğanın onun işindən narazı qalması ilə bağlıdır.
Bu barədə "Hürriyet" qəzeti məlumat verib. Qəzetin daha əvvəl verdiyi məlumata görə, Ə.Ala qeyd etmişdi ki, ölkə kəşfiyyatının 7 min işçisindən təqribən 6,5 mini Fəthullah Gülən hərəkatının tərəfdarıdır və bu bəyanat Türkiyə hökuməti tərəfindən olduqca mənfi qarşılanmışdı.
Ə.Alanın istefasının digər səbəbi isə hərbi çevriliş günü onunla əlaqə saxlamağın mümkün olmaması ilə əlaqədardır.
Məlumata görə, həmin vaxt daxili işlər naziri Ankarada yox, Ərzurum vilayətində olub.
Qeyd edək ki, istefadan əvvəl Ankarada Ə.Ala ilə Azərbaycanın daxili işlər naziri Ramil Usubov arasında görüş olmuşdu./virtualaz.org/