Türkiyə yardım etməsəydi, biz olduğumuz yerdə terrorla mübarizə apara bilməyəcəkdik.
Bu sözləri terrorla mübarizə adı altında Aralıq dənizinə yerləşdirilən USS Corc H.S. Buş təyyardaşıyan gəmisinin komandanı general Kenned Vaytsel deyib.
O bildirib ki, Türkiyə ilə ABŞ arasında dostluq qarşılıqlı inama əsaslanır:
"Türkiyə bu gəmidən qalxan və şimal istiqamətdə uçan təyyarələrin marşrutuna cavabdehdir. Belə ki, türklər bizi şimala yönləndirir. Daha sonra biz cənuba dönərək İraq və Suriyaya daxil oluruq. Yəni, bu ölkələrə Türkiyədən daxil oluruq. Bu mənada Türkiyənin bizə çox köməyi oldu”./axar.az/
MediaFax