Türkiyəni İsraillə yaxınlaşdıran - Yeni hərbi müqavilə

Türkiyə İsraillə hərbi müqavilə bağlaya bilər.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "İsrail Defens” jurnalı özünün etibarlı mənbələrinə istinadən yayıb.
 
Jurnal Türkiyənin İsraildə 300 ədəd M60 və 100 ədəd Leopard-2 tankını modernizasiya etmək istədiyini bildirib. Tərəflər razılaşacağı təqdirdə Ankara hər tankının modernizasiyası üçün 2-3 milyon dollar ödəməli olacaq.
 
Qeyd edək ki, Mavi Mərmərə insidentinə qədər Türkiyə ilə İsrail arasında hərbi münasibətlər ən yüksək səviyyədə olub. Mavi Mərmərə insidentindən sonra iki ölkə arasında əlaqələr bir müddət dondurulsa da, bu il İsrailin Türkiyədən üzr istəməsindən sonra kontakt yenidən bərpa edilib. 

MediaFax