Güclü qar və yolların buz bağlaması səbəbindən Türkiyədən Azərbaycana və Türkmənistana yük daşıyan çoxlu sayda ağırtonnajlı yük maşını Türkiyənin İranla sərhədində, dağlıq bölgədə qalıb.
Türkiyə KİV-ləri xəbər verir ki, güclü qardan sonra Ağrı-İran və Doğubeyazit-Çaldıran yolları buz bağlayıb. Nəticədə Gürbulak sərhəd-keçid məntəqəsindən keçib İran, Türkmənistan və Azərbaycana yük dşıyan çoxlu sayda TIR yolda qalıb. Maşınlar Ağrə-İran yolunun 20-ci kilometrliyindəki Tendürek keçidində ilişib qalıblar və kilometrlərlə uzunluğunda tıxac yaradıblar. Yolun qar və buzdan təmizlənməsi üçün çoxsaylı texnika cəlb edilib. Ancaq bu gün daha bir qar fırtınası gözlənilir./virtualaz.org/
MediaFax