Türkiyədəki son zəlzələlər süni şəkildə yaradılıb - Şok iddia

Türkiyədə baş verən son zəlzələlər süni şəkildə yaradılıb.

Bu sözləri öz Tvitter səhifəsində Ankara bələdiyyə sədri Melih Gökçək paylaşıb:

"Çanaqqalada bu gün ciddi zəlzələ oldu. Araşdırdım. Onun yaxınlarında seysmik araşdırmalar aparan gəmi var. Bu gəminin nə araşdırdığı və hansı ölkəyə aid olması ciddi şəkildə müəyyən edilməlidir. Kimin nə deməyindən asılı olmayaraq bu zəlzələnin süni olaraq yaradıldığına inanıram. Mütləq araşdırılıb, ictimaiyyətə təqdim edilməlidir. Əsas istək odur ki, İstanbul yaxınlarında zəlzələ törətməklə Türkiyəni iqtisadi çöküşə məcbur etsinlər. İstanbul, Mərmərə və Çanaqqaladakı bütün gəmilər nəzarət altında saxlanılmalıdır”.

Son sutka ərzində Türkiyənin Egey dənizi sahillərində iki dəfə zəlzələ baş verib. Nəticədə bir sıra evlər dağılıb.

Xatırladaq ki, ötən il Melih Gökçək ABŞ-ın FETÖ-ya Gölcükdə olduğu kimi zəlzələ törətmək barədə söz verdiyini bildirmişdi./axar.az/

MediaFax