Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Çanaqqala bölgəsində bu gün ikinci dəfə zəlzələ baş verib.

İkinci yeraltı təkanlar 5 bal gücündə olub.

İnformasiyaya əsasən, 58 dəfə yeraltı təkan olub. Təbii fəlakət nəticəsində bölgənin Yuxarıköy yaşayış məntəqəsində 4 nəfər yaralanıb, 50-yə yaxın evə zərər dəyib.

Xəbərdə bildirlib ki, əyalətin Çamköy kəndində 4, Babkaledə 1, Koyunevində 1, Gükpınarda 7, Kızılkeçelidə 5, Tuzlada 4, Balabanlıda 2, Bademlidə 8 və Ahmetçidə 2 evə ziyan dəyib.

Birinci zəlzələ də tələfatsız və ziyansız ötüşməyib. Belə ki, Gülpınar kəndində bəzi evlərin divarları uçub. İlkin məlumata əsasən, təbii fəlakət nəticəsndə xeyli heyvan da tələf olub./report.az/

MediaFax