12:15
Türkiyənin Mardin əyalətində Kızıltepe-Derik avtomobil yolunda törədilən terror aktı nəticəsində təhlükəsizlik qüvvələrinin 1 əməkdaşı şəhid olub, 9-u yaralanıb.
"Milliyyet" xəbər verir ki, təhlükəsizlik qüvvələrinin əməkdaşlarının olduğu maşın yoldan keçərkən partlayış baş verib.
Terrorçular yola döşədikləri əldəqayırma partlayıcını partladıblar.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb edilib. Yarlılardan ikisinin vəziyyəti ağırdır./report.az/
-------------
19:01
Türkiyənin iki vilayətində PKK terrorçularının təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumu nəticəsində 10 hərbçi şəhid olub, bir neçə nəfər yaralanıb.
İlk hadisə Mardin vilayətinin Qızıltepe və Derik rayonları arasında törədilib. Yola döşənmiş partlayıcı qurğu təhlükəsizlik qüvvələrini daşıyan avtomobil keçərkən işə salınıb. Nəticədə 4 hərbçi həlak olub, 6 nəfərsə yaralanıb.
Bundan bir neçə saat sonra Şırnaq vilayətində terrorçular hərbçiləri hücum ediblər. Hərbçilərin postuna edilən hücum zamanı 6 hərbçi şəhid olub, bir hərbçi isə yaralanıb./APA/