Türkiyədə universitet rektoru tutuldu

Türkiyənin Eskişehir Osmanqazi adına Universiteti və Uşak şəhərindəki Universitetdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.

Türkiyə KİV xəbər verir ki, əməliyyat nəticəsində Uşak Universitetinin rektoru professor, doktor Sait Çeliklə birlikdə ali təhsil müəssisəsinin 4 müəllimi tutulub.

Osmanqazi Universitetinin isə 35 müəllimi saxlanılıb. Sonra onlardan 26-sı barəsində həbs qətimkan tədbiri seçilib, 9-u isə zaminə buraxılıb./virtualaz.org/

MediaFax