Türkiyədə seçkilər nə vaxt keçiriləcək? - VAXT açıqlandı

Türkiyədə prezident, parlament və bələdiyyə seçkilərinin nə zaman keçiriləcəyi barədə hakim partiyanın təklifi açıqlanıb.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının Konstitusiyaya dəyişiklik təklifində prezident və parlament seçkilərinin 2019-cu ilin noyabr, bələdiyyə seçkilərinin isə həmin ilin mart ayında keçiriləcəyi öz əksini tapıb.
 
Seçkilərin tarixindən başqa bir sıra mühüm müddəalar da bəlli olub.
 
Dəyişikliyə görə, Türkiyə Böyük Millət Məclisinin üzvlərinin sayı 600-ə çatdırılacaq.
 
Bundan başqa, millət vəkili seçilmə yaşı 18-ə endirilib, ehtiyat millət vəkili seçmə mexanizmi yaradılıb.
 
Türkiyə prezidentinin partiya üzvü ola biləcəyi də təkliflərdə öz əksini tapıb.
 
Milli Təhlükəsizlik Şurasının tərkibinin dəyişəcəyi, Jandarma Qüvvələrinin baş komandanının şuranın tərkibindən çıxarılacağı bildirilib.
 
Qeyd edək ki, parlamentə göndəriləcək layihənin son variantı Milliyyətçi Hərəkat Partiyasına təqdim olunub. MHP layihəyə razılıq verdikdən sonra təkliflər parlamentin müzakirəsinə çıxarılacaq.

MediaFax