Türkiyədə polis idarəsi partladıldı - 8 ölü, 100-dən çox yaralı var - YENİLƏNİB

10:14

Türkiyənin Diyarbəkr vilayətinin Bağlar rayonunda polis idarəsinə silahlı hücum olub.

NTV kanalı xəbər verir ki, hücum zamanı terrorla mübarizə və çevik polis alayının yerləşdiyi bina partladılıb. Partlayışdan sonra bölgədə atışma başlayıb.
 
İlkin məlumatlara görə, 1 nəfər ölüb, 30 nəfərdən çox insan yaralanıb.
 
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşını cəlb olunub.
 
Ehtimala görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobil binanın girişində partladılıb.
 
=====
13:34
 
Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılması nəticəsində 8 nəfər ölüb.
 
Bu barədə baş nazir Binəli Yıldırım jurnalistlərə bildirib. Baş nazir ölənlərdən 2 nəfərin polis, 6 nəfərin mülki şəxs olduğunu deyib. Onun sözlərinə görə, 100-dən çox insan yaralanıb./APA/





MediaFax