Türkiyədə növbəti PKK terroru - Ölən və yaralananlar var

Türkiyənin Şanlıurfa vilayətində partlayış törədilib.
 
Xəbərə görə, vilayətin Viranşehir rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb. 

Dəqiqləşdirilmiş məlumata görə, insident nəticəsində həyatını itirən uşaq 11 yaşlı Əhməd Oqtay Günak olub. Yaralılardan birinin vəziyyəti isə ağır kimi qiymətləndirilir.

Şanlıurfa valisi Güngör Azim Tuna, ilkin məlumatlara görə, 18-20 yaşlı şəxsin Yenişehir məhəlləsində bomba yüklü avtomobil saxladığını söyləyib.

Partlayışın PKK tərəfindən törədildiyi bildirilir./APA/

MediaFax