Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan edilib.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında deyib. Fövqəladə vəziyyətin elan edilməsi iyulun 20-də Təhlükəsizlik Şurasının toplantısında qərara alınıb.
Ərdoğan vurğulayıb ki, belə bir qərarın verilməsi qətiyyən demokratiya, hüquq və azadlıqlara qarşı deyil, əksinə bu dəyərləri qorumağa, yüksəltməyə və inkişaf etdirməyə yönəldilib.
MediaFax