Bu gün Türkiyənin Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahı ilə Van Valiliyi arasındakı ərazidə törədilən partlayışda yaralılarla bağlı yeni rəqəm açıqlanıb.
"Hürriyet” qəzetinin verdiyi məlumata görə, Van Valiliyi saat 11.50 radələrində bomba yüklü avtomobilin partladılması nəticəsində 2-i polis olmaqla, 48 nəfərin yaralandığını açıqlayıb.
Van Polis İdarəsinin rəisi Suat Ekici bildirib ki, içərisində partlayıcı olan, dayanacaqda dayanmış mikroavtobus partladılıb./APA/
MediaFax