Türkiyədə də saatlar dəyişməyəcək

Türkiyədə qış vaxtı ləğv edilib.
 
Nazirlər Kabinetinin bu barədə qərarı "Resmi Gazete”də yayılıb.
 
Qərara əsasən, bu il oktyabrın sonuncu bazar günü ölkədə saatlar 1 saat geri çəkilməyəcək.
 
27 Mart  2016-cı il tarixdə qəbul edilən yay vaxtı bütün il boyu davam edəcək. Qərara əsasən, ölkədə bundan sonra saatlar dəyişməyəcək.
 
Qeyd edək ki, Azərbaycanda ötən ildən saatların dəyişdirilməməsi barədə qərar qəbul edilib./APA/

MediaFax