Türkiyədə ard-arda üç zəlzələ

Türkiyənin Çanakkale vilayətində ardıcıl üç zəlzələ baş verib.

İlk təkanlar 4,7 bal gücündə yerli vaxtla saat 1:38-də, ikincisi 3,2 bal gücündə 01:42-də, üçüncüsü isə 4,3 bal gücündə 06:03-də qeydə alınıb.

Zəlzələnin episentri Çanakkale vilayətində, 6 kilometr dərinlikdə yerləşib.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur./trend.az/

MediaFax