Türkiyə yeni ordu yaradır

15 iyul dövlət çevrilişinə cəhddən sonra ordu və xüsusi xidmət orqanlarından ortaya çıxan çatışmazlığı aradan qaldırmaq üçün Türkiyə hökuməti yeni ordu qurmaq məsələsini müzakirəyə çıxarıb.
 
Ankaradakı mənbələrdən mediaya sızan məlumatda qarşıdakı dövrdə alternativ silahlı gücün yaradılacağı deyilir.
 
Yeni ordu dövlət çevrilişinə cəhdlərin qarşısını almaq işini həyata keçirəcək. Alternativ silahlı güc prezidentə bağlı olacaq və yalnız xüsusi tapşırıqları yerinə yetirəcək.
 
Yarı hərbi, yarı mülki olacaq silahlı birliyin tərkibinə 300 min nəfər daxil olacaq.
 
Məlumata görə, bu silahlı birlik İranda İnqilab Keşişçiləri, yaxud ABŞ-da prezidentə bağlı olan xüsusi silahlı qruplaşma modeli kimi ola bilər./publika.az/
 
MediaFax