Türkiyə ordusu Suriyada həyata keçirdiyi "Fərat qalxanı” əməliyyatı çərçivəsində növbəti itki verib.
"Hürriyet”in verdiyi məlumata görə, Əl-Bab şəhərinin cənubunda mina partlayışı nəticəsində Türkiyə ordusunun 2 əsgəri həlak olub, 3 əsgər yaralanıb.
Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.
Bu arada İŞİD terrorçuları Əl-Bab yaxınlığındakı Susiyan kəndində Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusunun nəzarət postuna bombalı maşınla hücum edib. Partlayış nəticəsində Azad Suriya Ordusunun 6 döyüşçüsü, 27 mülki şəxs həyatını itirib, 100-ə yaxın yaralı var. Yaralılar Türkiyənin Kilis şəhəri və ətraf rayonlardakı xəstəxanalara gətirilib./APA/
MediaFax