5 türk əsgər şəhid oldu - Yenilənib

14:30 
 
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində daha bir türk hərbçi ölüb.
 
Bölgənin İŞİD terror qruplaşmasından azad edilməsi üçün artıq iki gündür qızğın döyüşlər gedir.

Ötən gün döyüşlərdə 5 türk hərbçi həlak olmuşdu.

Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı başlayandan Türkiyə 62 hərbçisini itirib./trend.az/
 
------------
16:35 
 
Bu gün Suriyanın Əl Bab qəsəbəsində Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə İŞİD terrorçuları arasında baş verən döyüşdə həlak olan əsgərlərin sayı 5-ə çatıb.
 
"Hürriyet"in verdiyi xəbərə görə, döyüşlər hələ də davam edir.
 
Xatırladaq ki, bir gün əvvəl də türk ordusu 5 əsgərini itirmişdi. Ümumilikdə "Fərat qalxanı" əməliyyatında Türkiyə indiyə qədər 66 hərbçi itirib./APA/ 

MediaFax