Türkiyə-Suriya sərhədində, Suriyanın şimal-şərqində yerləşən Haseke vilayətinin Kamışlı qəsəbəsində güclü partlayış baş verib.
"Hürriyət”in verdiyi məlumata görə, Kamışlı qəsəbəsində Hilal qovşağı yolunda PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin qərargahının yaxınlığında bomba yüklü avtomobil partladılıb.
"Röyters”in məlumatına görə, hadisənin məsuliyyətini İŞİD öz üzərinə götürüb.
Suriya dövlət televiziyasının yaydığı xəbərə görə, partlayış nəticəsində 44 nəfərin öldüyü, 170 nəfərin isə yaralandığı bildirilib. Eyni zamanda, partlayış Türkiyənin Mardin vilayətinin Nusaybin qəsəbəsində 2 nəfərin yaralanmasına səbəb olub./apa.az/
MediaFax