Türkiyə Suriya əməliyyatının ikinci mərhələsinə keçdi

Türkiyə Suriyada Fərat Qalxanı əməliyyatının ikinci mərhələsinə başlayıb.
 
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
 
Məlumata görə, türk tankları Azad Suriya ordusunun terror təşkilatı olan İŞİD-lə mübarizəsinə dəstək vermək məqsədilə Kilis Elbeyli Rayonundan Suriyanın Çobanbey rayonuna girib.
 
Türk silahlı qüvvələrinin regionu İŞİD-dən təmizləyərək sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə başladığı əməliyyat hərəkatının birinci günündə tank və zirehli maşınlar  günorta saatlarında Kilis Elbeyli Rayonundan Suriyanın Rai qəsəbəsinə girib.
 
Karkamışdan sonra Elbeylidə tankların girişi zamanı sərhəddə İŞİD-in nəzarətindəki ərazilər qırıcı təyyarələrlə və intensiv toplarla atəşə tutulub.
 
Əməliyyatların davam etdiyi Kilis Elbeyli rayonuna yaxın Salahan kəndində sərhəd təhlükəsizliyi üçün  tikilmiş divarlar götürülərək qapılar açılıb. Türk silahlı qüvvələri tank və zirehli maşınlar ilə Azad Suriya ordusunun nəzarətindəki Rai qəsəbəsinə girib. Bununla da Türkiyə Suriyada 2-ci cəbhəni açmış olub.
 
20 tank, 5 zirehli texnika ilə sərhədin Suriya tərəfinə keçidi zamanı sərhəd, Rainin daxili hissələri, İŞİD nəzarətindəki ərazilər bombardman edilib.
 
Hazırda sərhədi aşaraq Raiye girən tanklar isə əməliyyatları davam etdirir./modern.az/

MediaFax