Türkiyənin hakim AK partiyasının nümayəndə heyəti Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a yollanır.
Türkiyə KİV-i xəbər verir ki, Türkiyə rəsmiləri sabah ABŞ-a yola düşür. Məlumata görə, heyətin tərkibində AK partiyanın xarici əlaqələr üzrə vitse-prezidenti Mehmet Mehdi Əkər və daha beş millət vəkili olacaq. Bildirilir ki, üç gün davam edəcək görüşdə konqres üzvləri və mətbuat nümayəndələri ilə toplantı olacaq.
Həmçinin, o da qeyd edilir ki, türkiyəli nümayəndələr Fətullah Gülənin ekstradisiyası ilə bağlı tələblər irəli sürəcəklər./qafqazinfo.az/
MediaFax