Türkiyə referenduma hazırlaşır - Vaxtı açıqlandı

Türkiyədə Konstitusiya dəyişikliyi barədə referendum aprel ayının əvvəllərində keçiriləcək.
 
"Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu baş nazir Binəli Yıldırım deyib. 

Ötən həftə parlament tərəfindən qəbul edilən 18 dəyişiklikdən ibarət  paket ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənməlidir. Referendum qanun "Rəsmi qəzet”də dərc olunduqdan 60 gün sonra ilk bazar gününə təsadüf  etməlidir.
 
Dəyişikliklərə əsasən Türkiyə parlament respublikasından prezident respublikasına çevrilir. Baş nazir postu ləğv olunur./APA/

MediaFax