Türkiyə və Braziliya prezidentlərinə başsağlığı - Yenilənib

13:15 
 
Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
 
Dövlət başçısının məktubunda deyilir:
 
"Hörmətli cənab Prezident,  əziz qardaşım, Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.
 
----------
14:13 
 
Azərbaycan prezidenti İlham Əliyev Kolumbiyada baş vermiş təyyarə qəzasında braziliyalı futbolçuların və bu ölkənin digər vətəndaşlarının ölümü ilə əlaqədar Braziliya Federativ Respublikasının prezidenti Mişel Temerə başsağlığı verib. 
 
Məktubda deyilir:
 
"Hörmətli cənab prezident. Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

MediaFax