Türkiyə prezidenti Putinlə görüşə gedir

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan martın əvvəllərində Rusiyaya səfər etməyə hazırlaşır.

Bu barədə Sputnik türkiyəli diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Səfər Rusiya-Türkiyə Ali Əməkdaşlıq Şurası toplantısı çərçivəsində baş tutacaq.

Görüş zamanı prezidentlər Ərdoğanla Putin türk məhsularının idxalına qoyulan məhdudiyyətlərin, Türkiyə vətəndaşları üçün viza rejiminin tam aradan qaldırılması və Suriya məsələsini müzakirə edəcəklər./qafqazinfo.az/

MediaFax