Türkiyə parlamenti “Türk axını” sazişini təsdiqlədi

Türkiyə Böyük Millət Məclisi Rusiya ilə "Türk axını” qaz kəmərinin tikintisi üzrə sazişi təsdiqləyib.

"RİA Novosti” xəbər verir ki, qanun layihəsinin "lehinə” 210, "əleyhinə” 7 deputat səs verib.

Dünən Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşündə Sergey Lavrov bildirmişdi ki, "Türk axını” Rusiyanın, Türkiyənin və Avropanın maraqlarına cavab verir.

MediaFax