Türkiyə müdafiədən hücum mövqeyinə keçib.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 35-ci muxtarlar toplantısında deyib.
Dövlət başçısı qeyd edib: "Bir daha elan edirəm ki, bundan sonra növbə bizimdir. Türkiyə müdafiə mövqeyini tərk edərək hücum mövqeyinə keçib. Təhdidin mənbəyi haradadırsa, orada ilanın başını əzməyə qərarlıyıq. Suriyadakı əməliyyatlarımızın məqsədi də budur. Terror təşkilatları ilə mübarizəmizi artıq bu məqsədlə davam etdiririk".
R.T.Ərdoğan bildirib ki, Türkiyə İraqdakı hadisələrə də bu məqsədlə müdaxilə edəcək: "Türkiyənin yanında olmayan qarşısındadır" prinsipi ilə mübarizəmizi genişləndirəcəyik"./virtualaz.org/
MediaFax