Türkiyə İsrailə nazir göndərir

"Mavi Mərmərə” gəmisi ilə bağlı hadisədən ötən 7 ildə Türkiyənin ilk rəsmisi, mədəniyyət və turizm naziri Nabi Avcı İsrailə səfər edəcək.

"Aljazeera” xəbər verir ki, o, fevralın 7-8 İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək Aralıq dənizi turzm sərgisinə qatılacaq.

N.Avcı orada İsrailin turizm naziri Yariv Levinlə görüşəcək. O, Təl-Əviv Mədəniyyət Mərkəzi və "Anadolu" agentliyi tərəfindən təşkil olunan "Türkiyə-İsrail əlaqələri: fotoqraf sərgisi”nin açılışında da iştirak edəcək.

Xatırladaq ki, Türkiyə və İsrail nümayəndələri münasibətlərin normallaşması haqqında sazişi ötən ilin iyun ayında imzalayıb. Müqaviləyə əsasən, İsrail 2010-cu ildə baş vermiş və iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olan "Mavi Mərmərə" gəmisi ilə bağlı hadisəylə əlaqədar Türkiyəyə 20 milyon dollar təzminat ödəmək məcburiyyətində qalıb. Ötən il hər iki ölkə səfir səviyyəsində diplomatik münasibətləri bərpa edib./report.az/

MediaFax