Türkiyə İŞİD-in 165 hədəfini vurdu - “Fərat qalxanı”

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Fərat qalxanı” hərəkatı çərçivəsində əməliyyatları davam etdirir.

Axar.az xəbər verir ki, əməliyyatların 152-ci günündə türk qırıcıları İŞİD terror qruplaşmasının Suriyadakı 165 hədəfini vurub və 11 terrorçunu zərərsizləşdirib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu”nun döyüşçüləri ilə birlikdə "Fərat qalxanı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Suriyanın Türkiyə ilə sərhəd regionunu terrorçulardan təmizləmək və qaçqınların geri qayıtması üçün orada de-fakto təhlükəsiz zona yaratmaqdır.

MediaFax