Türkiyə fövqəladə vəziyyət rejiminin vaxtını uzatdı

Türkiyədə fövqəladə vəziyyət rejimi 3 ay müddətinə uzadılıb.
 
Parlament  fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.
 
Qeyd edək ki,  fövqəladə vəziyyət rejimi 3-cü dəfə uzadılır. Hazırda tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti  yanvarın 19-da başa çatır. Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də,  hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.  Fövqəladə vəziyyət rejimi bundan sonra oktyabrın 19-da  üç ay müddətinə uzadılıb./APA/ 

MediaFax