Borsa İstanbul Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışına dəstək verib və bu gündən etibarən bütün nağd vəsaitləri lirəyə çevirməklə Türk Lirəsi hesablarında saxlanmasına qərar verib.
Borsa İstanbulun rəhbəri bununla bağlı BloombergHT-ye belə bir açıqlama verib: "Ölkənin dövlət başçılarının açıqlamalarından sonra rezerv olaraq yer alan, ehtiyac duymadığımız vəsaitləri Türk Lirəsinə olan güvənimizin göstəricisi olaraq TL-ye çevirdik. Şəbəkəmizə daxil olan bütün qruplarla bərabər sektorla bağlı hər cür fəaliyyətimizdə istifadə olunan dollar, avro ifadəli tariflərimizin də hamısını Türk Lirəsinə çevirmək üçün geniş, əhatəli bir iş gördük. Türkiyədə yaşayırıq və bizim kimi qurumların Türk Lirəsini yüksək tutması lazımdır"./fins.az/
MediaFax