Türkiyə Avrasiya İttifaqına qoşula bilər

"Rusiya ilə Türkiyə arasındakı dialoq ola bilsin ki, ölkəmizi Avrasiya İttifaqına üzv etsin”.
 
Bu barədə Ərdoğanın müşaviri İlnur Çevik məlumat verib.
 
"Rusiya ilə Türkiyə arasındakı dialoqu saxlamaq lazımdır. Bu dialoq gələcəkdə bizi Avrasiya Birliyinə gətirə bilər”.
 
Çevik Avrasiya İttifaqının ciddi transformasiya yolunda olduğunu bildirib və ölkəsinin hansısa formada Brüsellə əməkdaşlığı davam etdirəcəyini deyib./modern.az/

MediaFax