Türkiyə hakimiyyəti ABŞ hərbçilərinin "İncirlik” aviabazasına girişinə qadağa qoya bilər.
Əgər rəsmi Vaşinqton İŞİD terror qruplaşmasına qarşı mübarizədə kürdlərin YPG və PYD qruplaşmaları ilə əməkdaşlıq etsə, Türkiyə ABŞ hərbçilərinin bazaya daxil olmasına qadağa qoya bilər.
Məlumata görə, rəsmi Ankara həmçinin, ABŞ aviasiyası üçün ölkənin hava məkanının bağlanmasını da nəzərdən keçirir.
Bununla yanaşı, Türkiyə rəsmiləri rəsmi Vaşinqtonla danışıqlar zamanı Suriya ordusunun, ərazidə yaşayan ərəb və kürd əhalinin əməliyyatlarda iştirakına etiraz etmədiklərini bildiriblər./aznews.az/
MediaFax