Ankara prokurorluğundan gözlənilməz qərar: 1200 qiyamçı əsgər azadlıqda

Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan hərbçilərdən 1200 sıravi əsgər azadlığa buraxılıb.

"Milliyet”in verdiyi xəbərə görə, bu barədə Ankara prokurorluğundan bildirilib. Ankara şəhər prokuroru Harun Kodalak qeyd edib ki, sərbəst buraxılan əsgərlərin baş verənlərdən xəbəri olmayıb. H. Kodalak onu bildirib ki, xalqa atəş açmayan, baş verənlərin təfərrüatlarını bilməyən əsgərlər tezliklə sərbəst buraxılacaq./APA/
 
MediaFax