Türk ordusu strateji məntəqəni İŞİD-dən azad etdi

Suriyanın Dabık qəsəbəsi İŞİD terrorçularından azad edilib.
 
Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu Dabık qəsəbəsi ilə bərabər Hələbin Soran qəsəbəsini də İŞİD terrorçularından azad edib.
 
Qeyd edək ki, Dabık İŞİD-in Suriyada Rakka şəhərindən sonra ikinci əsas mərkəzi sayılan Əl-Bab şəhərinin azad edilməsi əməliyyatına başlanılması üçün böyük önəm daşıyır.  Eyni zamanda İŞİD Dabıka böyük önəm verib, hədislərə istinad edərək Dabıkda "qiyamət savaşı”nın yaşanacağına inanıb./APA/

MediaFax