Türk ordusu İŞİD-ə qarşı əməliyyata başladı - Şəhər azad edilir

Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus şəhərini  İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb.
 
"Anadolu” agentliyinin yaydığı məlumatda bildirilir ki,  Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.   
 
Məlumatda həmçinin qeyd olunur ki, hərbi əməliyyat yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.
 
Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyə hökumətinin Cerablus şəhərinin  İŞİD-dən azad olunması uğrunda əməliyyata istənilən yardım göstərməyə hazır olduğunu bildirib. 
 
X X X
 
Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən Cerablus şəhərindəki mövqelərinə zərbələr endiriblər.
 
Bu barədə  "Anadolu” agentliyi məlumat yayıb.  
 
Qeyd edək ki, Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə bu gün Suriyanın şimalındakı Cerablus şəhərini  İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb.
 
Agentliyinin yaydığı məlumatda bildirilir ki,  Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.  
 
Məlumatda həmçinin qeyd olunur ki, hərbi əməliyyat yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib./APA/

MediaFax