"Bakıda ilk dəfə olsam da, həqiqətən şəhərinizi çox bəyəndim".
Bunu saytımıza açıqlamasında Bakı Olimpiya Stadionunda keçirilən "ƏN Yeni il" konsert proqramında çıxış edən türkiyəli müğənni Alena Tilki deyib.
O bildirib ki, azərbaycanlılar çox istiqanlıdırlar:
"Səhnədə də inanılmaz əyləndim. Çünki tamaşaçıların marağını hiss etdim. Hətta məni Türkiyənin "Yetenek Sizsiniz" yarışmasından izləyən azərbaycanlıların olduğunu bilirdim. Onlar da konsertə sürprizlərlə gəlmişdilər. Bunun üçün də çox xoşbəxt oldum. Azərbaycanı çox sevdim və güman edirəm ki, artıq tez-tez ölkənizə gələcəyik".
Bundan əlavə, müğənni yeni layihələr üzərində işlədiyini bildirib.
Onunla eyni səhnəni paylaşan DJ Emrah Karaduman da öz növbəsində Bakıda olmasından məmnunluq duyduğunu bildirib. O, bundan əvvəl türkiyəli sənətçi Hande Yenerlə Bakıda olduğunu xatırladaraq qeyd edib ki, həmin vaxt gəzmək fürsəti olmayıb:
"Konsertöncəsi şəhərinizi gündüz vaxtı gəzmək imkanım oldu. Bakı çox mükəmməl şəhərdir. İnsanlarınız da inanılmaz qonaqpərvər və istiqanlıdırlar".
Xatırladaq ki, şou-proqramda Türkiyə estradasının ulduzları Demet Akalın, Murat Dalkılıç, Alena Tilki, Hadisə, Emrah Karaduman, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre, eləcə də Mahmut Orhan, həmçinin yerli ulduzlar Röya və Miri Yusif çıxış ediblər./report.az/
MediaFax