Suriyada davam etdirilən "Fərat qalxanı” əməliyyatında Türkiyə əsgərlərinə hücum olunub.
"DHA” agentliyi xəbər verir ki, hücum nəticəsində 4 əsgər yaralanıb. Yaralılar Kilis və Qaziantep şəhərlərində xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hücum Suriyanın Əl-Bab bölgəsində günorta saatlarında baş verib.
Detalları bilinməyən hadisədə yaralanan əsgərlər sərhəd xəttinə çatdırıldıqdan sonra təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb./musavat.com/
MediaFax