“Tu-154”ün komandirinin meyiti sudan çıxarıldı

Qara dənizdə qəzaya uğrayan Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin komandirinin meyiti tapılıb.
 
Bu barədə TASS agentliyinə hərbi mənbə məlumat verib.
 
"Xilasedicilər Tu-154 təyyarəsinin komandiri Roman Volkovun meyitini sudan çıxarıblar. Bu gün daha 70 nəfərin qalıqları aşkar edilib”, deyə mənbə bildirib.
 
Qeyd edək ki, dekabrın 25-də Soçi şəhərindən Suriyadakı Hmeymim aviabazasına uçan Tu-154 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları Soçidən 1,5 km aralıda Qara dənizdə tapılıb. Qəza nəticəsində təyyarədə olan 92 nəfər ölüb./APA/

MediaFax