Transfarmatorda yanan gənclərin toyu oldu - Yenilənib - Foto

17.12.2016 
12:13 
 
Ötən ilin oktyabr ayında transfarmatora girən və nəticədə ağır bədən xəsarəti alan sevgililərdən xəbər var.
 
Əldə etdiyimiz məlumata görə, Fəqan adlı oğlan və onunla birlikdə transfarmatorda xəsarət alan sevgilisi ailə həyatı qurur.

Bu gün onların toyu olacaq. Mərasim Bakıda - "Fərid Palace"də baş tutacaq. Məlumata görə, bir qoluna protez taxılan oğlan və sevgilisinin toyu dostlarının köməkliyi ilə keçriləcək. Hətta dostların cütlük üçün kirayə ev tutduğu da deyilir.

Qeyd edək ki, Fəqan və 18 yaşlı sevgilisi ötən ilin oktyabrında Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsindəki transfarmatora daxil olmuş, nəticədə ağır xəsarət almışdı. Oğlan qəza zamanı bir qolunu itirib.
 
--------------
18.12.2016 
11:11 
 
Xəbər verdiyimiz kimi, ötən ilin oktyabr ayında transfarmatora girən və nəticədə ağır bədən xəsarəti alan sevgililər ailə həyatı qurub.

Fəqan adlı oğlan və onunla birlikdə transfarmatorda xəsarət alan sevgilisinin  "Fərid Palace”də toyu olub.

Məlumata görə, bir qoluna protez taxılan oğlan və sevgilisinin toyu dostlarının köməkliyi ilə keçirilib. Hətta dostların cütlük üçün kirayə ev tutduğu da deyilir.

Qeyd edək ki, Fəqan və 18 yaşlı sevgilisi ötən ilin oktyabrında Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsindəki transfarmatora daxil olmuş, nəticədə ağır xəsarət almışdı. Oğlan qəza zamanı bir qolunu itirib./qaynarinfo.az/
 
 

MediaFax