Trampın xarici siyasətlə bağlı ilk böyük addımı

ABŞ prezidenti Donald Tramp bu gün ölkənin Trans-Sakit Okean Əməkdaşlığı (TTP) layihəsindən çıxması barədə sərəncam imzalayacaq.
 
Bu barədə "CNN” Ağ Evə yaxın mənbəyə istinadən xəbər yayıb. 

Qeyd olunur ki, bu sərəncam bütün dünya liderlərinə Trampın seçkiqabağı vədlərinə əməl edəcəyinə dair bir siqnal, eləcə də yeni administrasiyanın xarici siyasət sahəsində atacağı ilk böyük addım olacaq.

Xatırladaq ki, Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp 2016-cı il noyabrın 8-də keçirilən seçkilərdə qalib gəlib. O, yanvarın 20-də baş tutan inaqurasiya mərasimindən sonra öz vəzifəsinin icrasına başlayıb./qafqazinfo.az/ 

MediaFax