Trampın sonuncu övladı kimdir?

ABŞ-ın yeni prezidenti Donald Trampın 3-cü həyat yoldaşı, Amerikanın birinci xanımı Melani Tramp 20 mart 2006-cı il tarixində ona oğlan övladı bəxş edir.

Trampın "həyatımın sevgisi” adlandırdığı Melani onun 5-ci övladını-yəni Barron Trampı dünyaya gətirir. Uşaq onların evləndiyi yerdə, Florida ştatında yerləşən Palm-Biç adasındakı kilsədə xaç suyuna salınır. Barronla onun böyük qardaşı arasında 28 il yaş fərqi var. 60 yaşlı Tramp son beşiyinə daha çox qayğı göstərir.
 
Hündür mərtəbəli evin bir mərtəbəsi Barron üçün ayrılıb, hansı ki, orada ona hər bir şey etməyə, hətta divarlara yazmağa icazə verilir. Barron əvvəl oyuncaqlarla oynasa da, indi isə qolf, tennis, basketbol kimi idman oyunlarına maraq göstərir./aznews.az/

MediaFax