ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın Suriya daxil olmaqla, xarici siyasətlə bağlı əsas məsələlərə dair mövqeyi Almaniya hökumətinə aydın deyil.
Bunu Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şefer deyib.
O qeyd edib ki, hətta son həftələrdə hökumət nümayəndələrimizin Vaşinqtonda keçirdiyi görüşlər də bu məsələyə aydınlıq gətirməyib.
Xatırladaq ki, Almaniya hökuməti Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyindən narahatdır. Rəsmi Berlin hesab edir ki, bu, baş versə, Qərb dövlətlərinin vahid mövqeyinə zərbə vurulacaq./APA/
MediaFax