Amerika prezidenti Donald Trampın maşını hərraca çıxarılıb.
Britaniya şirkətlərindən biri köhnə maşını "Cadillac Trump” adı ilə satışa çıxarıb. Deyilənlərə görə, maşın Trampın nəzarəti altında yığılan 2 avtomobilindən biridir. Maşının start qiyməti həddən artıq az olub.
Limuzin Cadillac tərəfindən 1988-ci ildə yığılıb və müəyyən müddət Tramp ailəsinin xidmətində olub. Maşın 72 420 km sürülüb, ancaq bu müddətdə 5 sahib dəyişib. 1991-ci ildə isə ABŞ-dan Böyük Britaniyaya aparılıb. Avtomobil üçün start qiymət 62 min dollar müəyyən edilib. Ancaq hərracın gedişində maşının qiymətində kəskin artım gözlənilir./bizimxeber.az/
MediaFax