Trampın komandası 90 milyon dollar yığdı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası andiçmə mərasimi üçün 90 milyon dollar ianə yığıb.

Sinxua agentliyi xəbər verir ki, andiçmə mərasimi çərçivəsində təşkil olunan tədbirlər üçün təşkilatçılar şirkətlərə və korporasiyalara 1 milyon dollarlıq limit, fiziki şəxslər üçünsə məhdudiyyətsiz ianə qəbulunu nəzərdə tutub.

Obama komandası isə prezidentin inaqurasiyası üçün 2009-da 55 milyon, 2013-də isə 43 milyon dollar toplamışdı./aznews.az/

MediaFax