Trampın geri göndərdiyi uşaqlar Kanadada əməliyyat ediləcək

Kanada Trampın fərmanına görə Amerikaya gedə bilməyən təcili əməliyyat olunmalı olan uşaqların bu ölkədə əməliyyat oluna biləcəyini bildirdi.
 
Cbc.ca xəbər verir ki, Kanadanın Ontario əyalətinin Səhiyyə Naziri Erik Hoskins bildirib ki, əməliyyat olunmaq üçün ABŞ-a gedə  bilməyən uşaqlar Kanadanın uşaq hospitallarında əməliyyat  olunacaq.

"ABŞ-a gedə bilməyən təcili əməliyyat olunmalı xəstə uşaqlar Ontarionun uşaq hospitallarında əməliyyat olunacaqlar", deyə Hoskins bildirib.  

O, əlavə edərək bildirib ki, yalnız doğulduqları ölkəyə görə sərhəddən geri göndərilən bu uşaqların sağlamlığına Kanada biganə qala bilməzdi və onların ən qısa zamanda əməliyyat olunmaları və sağlamlıqlarına qovuşmaları üçün  Kanadanın Səhiyyə Nazirliyi və hospitalları hərəkətə keçib./musavat.com/

MediaFax