Donald Trampın prezident seçilməsinin ardından ABŞ miqyasında baş verən etiraz aksiyalarına 3 NBA komandasından da dəstək gəlib.
Prezidentlik yarışında Hillari Klintonu dəstəkləyən "Milvaukee Bucks”, "Dallas Mavericks” və "Memphis Grizzlies”in sahibləri komandalarının bundan sonra Trampın sahibi olduğu otelləri kirayələməyəcəklərini açıqlayıblar.
Qeyd edək ki, Trampın namizədliyi dönəmində 7 NBA komandası onun sahibi olduğu otellərlə müqaviləni pozmuşdu./avropa.info/
MediaFax