ABŞ prezidenti Donald Tramp ümumi hədəflərə çatmaq üçün Avropa Birliyi ilə sıx əməkdaşlıq etməyə hazırdır.
Bunu jurnalistlərə açıqlamasında ABŞ vitse-prezidenti Mayk Pens söyləyib. O, bütün fikir ayrılıqlarına rəğmən, ABŞ və AB-nin eyni dəyərləri bölüşdüyünü bildirib.
Qeyd edək ki, Tramp bir müddət əvvəl Britaniyanın AB-dən ayrılmasını alqışladığını bildirib. Prezidentin bu addımı bəzi avropalı siyasətçilər tərəfindən ABŞ-ın AB-ni parçalamaq istəyi kimi şərh edilib./axar.az/
MediaFax