Nyu-Yorkda bir neçə min insan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı yenidən etiraz edir.
Onlar "Bu mənim prezidentim deyil!", "Biz qorxmuruq!" "Nifrətə yox, irqçiliyə yox, Trampa yox!", "Donald Tramp getməlidir" və s. şüarlarla silahlanıblar.
ABŞ-ın Los-Anceles şəhərində də Donald Trampın prezident seçilməsinə qarşı etirazlar davam edir.
Oradakı aksiyada üç minədək etirazçı iştirak edir. Etirazçıların polisin dağılışmaq çağırışına məhəl qoymaması həbslərə səbəb olub.
Polis əməkdaşları qanunsuz etirazçılardan 150 nəfərini saxlayıb.
ABŞ-ın qərbində yerləşən Oreqon ştatının Portland şəhərində isə Trampa qarşı keçirilən aksiyada naməlum şəxs silahla etirazçıya atəş açıb. Hadisənin mübahisə zəminində baş verdiyi ehtimal edilir. Yaralanan etirazçı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ABŞ-ın bir çox şəhərində artıq üç gündür Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları keçirilir./virtualaz.org/
MediaFax