Trampa görə təyyarədən qovuldu

ABŞ-da hava şirkətinin sərnişini prezident Donald Trampın tərəfdarları olan yol yoldaşları ilə mübahisədən sonra resydən düşürülüb.
 
Adı açıqlanmayan qadın əvvəlcə stüardessadan Trampın tərəfdarı olan kişini onun yanından başqa yerə keçirməsini xahiş edib.

"Siz bu adamın əlini nüvə nöqtəsinə qoymusunuz”, - o, qonşusuna deyib.
 
Sonra bort mühəndisi səyahətçidən təyyarəni tərk etməsini xahiş edib. Sərnişinlər bu qərarı "ABŞ!” deyərək yüksək səslə alqışlayıblar.

Məlumata görə, qalmaqal Alaska Airlines hava şirkətinə məxsus təyyarədə qeydə alınıb.
 
Şirkətdən əməkdaşlarının bu hərəkətini bəyəndiklərini bildiriblər./modern.az/
 
MediaFax